Sərbəst güləş üzrə yığmamızın dünya çempionatında ilkin heyəti AÇIQLANDI 

Sərbəst güləş üzrə yığmamızın dünya çempionatında ilkin heyəti AÇIQLANDI 

Hazırda oxunan: Sərbəst güləş üzrə yığmamızın dünya çempionatında ilkin heyəti AÇIQLANDI 

152349

Sərbəst güləş üzrə Azərbaycan millisinin bu ilin sentyabrında Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatı üçün ilkin heyəti açıqlanıb. 

Bizim.Media Dünya Güləş Birliyinin rəsmi saytına istinadən xəbər verir ki, ölkəmiz nüfuzlu yarışda 10 idmançı ilə təmsil olunacaq. 

Mundialda Əliabbas Rzazadə (57 kiloqram), İntiqam Vəlizadə (61 kiloqram), Hacı Əliyev (65 kiloqram), Maqomedbəşir Xanıyev (70 kiloqram), Turan Bayramov (74 kiloqram), Orxan Abasov (79 kiloqram), Abubakr Abakarov (86 kiloqram), Osman Nurmaqomedov (92 kiloqram), Maqomedxan Maqomedov (97 kiloqram) və Georgi Meşvildişvili (125 kiloqram) mübarizə aparacaq. 
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan dünya çempionatı 16-24 təşkil olunacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO