Qaxda 36 yaşlı kişini ilan SANCDI  

Qaxda 36 yaşlı kişini ilan SANCDI  

Hazırda oxunan: Qaxda 36 yaşlı kişini ilan SANCDI  

152260

Qaxda fındıq yığan kişi ilanın hücumuna məruz qalıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ilan onu ayağından sancıb. 

Hadisə rayonun Əmbərçay kəndində baş verib. Onun vəziyyəti ağır olduğu üçün paytaxt xəstəxanasına göndərilib. 

Belə ki, kənd sakini, 36 yaşlı Nəbi Abdullayev özünə məxsus bağa fındıq yığmağa gedib.

O, fındıq yığarkən ilan qəfildən onun ayağını sancıb. Bağda tək olan Nəbi Abdullayev telefonla yaxınlarına xəbər verib.
Hadisədən sonra Nəbi Abdullayev Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, ilan zəhəri əleyhinə zərdab vurulub. Həkimlər onun vəziyyətinin ağır olduğunu nəzərə alaraq paytaxtdakı Toksikologiya Mərkəzinə göndəriblər. 

Tural Rasim oğlu, Bizim.Media Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO