Qadın cüdoçumuz ilk dəfə dünya çempionu oldu - FOTO 

Qadın cüdoçumuz ilk dəfə dünya çempionu oldu - FOTO 

Hazırda oxunan: Qadın cüdoçumuz ilk dəfə dünya çempionu oldu - FOTO 

152231

Avqustun 24-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən yeniyetmələr arasında cüdo üzrə Dünya çempionatının ikinci günündə Azərbaycan cüdoçuları müstəsna məharət və əzmkarlıq nümayiş etdiriblər.  

Bizim.Media xəbər verir ki, komanda 1 qızıl və 2 gümüş medal qazanaraq, beynəlxalq arenada əlamətdar nailiyyətlərlə yadda qalıb.  

Qızlar arasında -52 kq. çəkidə mübarizə aparan Xədicə Qədəşova gərgin final görüşündə Fransa təmsilçisi Alisya Pulancı məğlub edərək Azərbaycan cüdo tarixinin ilk qadın Dünya çempionu olub. Oğlanlar arasında -60 kq. çəkidə Məhəmməd Musayev finalda israilli cüdoçu İsaq Aşpizlə üz-üzə gəlib.  

Görüşün nəticəsində Məhəmməd çempionatın gümüş medalını əldə edib. -66 kq. çəkidə Əbil Yusubov isə final görüşündə polşalı cüdoçu Simon Sulik ilə qarşılaşıb. Görüşün nəticəsində Əbil gümüş medal qazanaraq komandamızın aktivinə 6-cı medalı yazdırıb.  
Qeyd edək ki, Azərbaycan cüdoçuları çempionatın ilk günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olub. İki günün nəticəsinə görə cüdoçularımız oğlanlar arasında 4 çəki dərəcəsinin hər birində medal əldə ediblər. 


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO