Dədə Süleymanın yeni varisi ortaya ÇIXDI - FOTO 

Dədə Süleymanın yeni varisi ortaya ÇIXDI - FOTO 

Hazırda oxunan: Dədə Süleymanın yeni varisi ortaya ÇIXDI - FOTO 

152198

Ötən il vəfat edən Əməkdar artist Süleyman Abdullayevin (Dədə Süleyman) ictimaiyyətə məlum olmayan varisi ortaya çıxıb. 

Bizim.Media “yenisabah.az”a istinadən xəbər verir ki, Rövşən Süleymanlı mərhum sənətkarın birinci nikahından olduğunu açıqlayıb: 

"Bu günə qədər mətbuatda mənim adım çəkilməyib. Süleyman Abdullayevin birinci nikahından dünyaya gələn övladıyam, məni anam təkbaşına böyüdüb.  

Atamı isə ilk dəfə 24 yaşımda görmüşəm. Həmin yaşdan sonra isə toplasan ümumilikdə atamı 100 dəfədən çox görmüş olmaram. Bu görüşlər də ildə 1-2 dəfə olub. Anamla atam ailə quranda anam yetkinlik yaşına çatmayıb, mən 1969-cu ildə dünyaya gəlsəm də, mənə doğum haqqında şəhadətnamə 1971-ci ildə verilib.  

Bu gün atam da, anam da haqq dünyasındadır, onların hərəsinin öz həqiqətləri var idi, lakin əsl həqiqəti bu günə qədər bilmirəm. Bildiyim yeganə şey odur ki, anamla atam arasında mübahisə yaşanıb və ayrılıblar. Anam isə o qədər qürurlu qadın olub ki, mənə öz soyadını verib. 
Mənə yadigar qalan şey isə atamla anamın toy fotoşəklidir. Anamla atamın toyu o vaxt çox dəbdəbəli keçirilib, məclisdə İslam Rzayev, Aftandil İsrafilov, Bəhram Mansurov, Qulu Əsgərov kimi məşhur simalar iştirak edib". 

R.Süleymanlı atasının vəfatından sonra varislikdən məhrum olduğunu bildirib: 


"Mən heç vaxt atamdan nə isə istəməmişəm. Lakin o, dünyasını dəyişəndən sonra ortaya müxtəlif problemlər, yalanlar çıxdı. Mən varislikdən məhrum oldum. Atam vəfat etdikdə Hollandiyada idim, daha sonra 6 ay Fransada qalmalı oldum. Həmin vaxt Azərbaycanda olmadığım üçün hüquqi məsələləri qaldıra bilmədim. Əlimdə sənədlər, faktlar var.  

Atam dünyasını dəyişdikdən sonra bacım Aygünün müsahibələrindən birini oxudum və onunla əlaqə saxladım. Söhbət əsnasında mənə dedi ki, atamın sözlərinə görə, o mənə hər şey edib. Mən hər şeyi bağışlayardım, amma atamın adından yalan danışılmasını heç vaxt bağışlaya bilmərəm. 

O vaxt anam dünyasını dəyişəndə atam məni yanına çağırdı, övladlarımla birgə onunla görüşə getdim. Həmin vaxt rəhmətlik atam cibindən ev açarları çıxardı və dedi ki, Rövşən, mən sənə heç nə etməmişəm, bu evi sənə verirəm, mənə də Prezident bağışlayıb.  

Mən isə qəbul etmədim, dedim ki, buna ehtiyacım yoxdur. Bu zaman atam "Oldu, amma  deyəcəyəm ki, məndən sonra mənə aid olan nə mülklər varsa, hamısı satılsın və başda sən olmaqla övladlarım arasında dörd yerə bölünsün" - deyə bildirib.  

Mənim bacıma və qardaşlarıma qarşı heç bir iddiam, şəxsi marağım yoxdur. Sadəcə haqq və ədalətin bərqərar olmağı üçün vəkil tutmuşam. Hazırda Süleyman Abdullayevin oğlu olduğumu sübut etmək üçün mənə faktlar lazımdır. Bütün el-oba bilir ki, mən onun övladıyam və DNT analizi ilə də bu, sübut olunacaq. 

Hazırda bacımla qardaşım Cümşüd arasında mülk üstündə qalmaqal yaşanır və sonda kimin əlində dəlillər varsa, məhkəmə yolu ilə qalib olacaq. Sadəcə onlara yeganə məsləhətim bacı-qardaş bir-birlərinin üzərinə getməməsidir, istəyərdim ki, kompramisə getsinlər. Hazırda onlar bir-birlərinə düşməndirlər".  

Onun sözlərinə görə, Dədə Süleymanın vaxtilə ona hər hansı mülkünü verməsi haqda səsləndirilən iddialar tamamilə yalandır: 

"Mənim mal-mülk davam yoxdur, sadəcə bu gün atamın adından deyilir ki, guya atam mənim üçün hər şey edib. Bu isə yalandır. Mərhum atamın adına yalan çıxarmaq lazım deyil. Məni tanıyan hər kəs bilir ki, buna ehtiyacım yoxdur. Atamın adından deyirlər ki, "Mən Rövşənə hər şey vermişəm". Əgər verilibsə, bunu sübut etsinlər, ortaya fakt qoysunlar.  

Aygün xanımın sözlərinə görə, Prezidentin atama bağışladığı ev satılıb. Lakin hər şeyin rəsmi sübutu olmalıdır. Hazırda Cümşüd mal bölgüsü ilə bağlı narazılığını bildirir və bu haqda sübutları toplayır.  

Əgər mənim də haqqım kəsilibsə, deməli, Cümşüdün də başına eynisi gəlib. Ola bilsin ki, Cümşüdə də payı çatmayıb. 90 faiz qardaşımın haqlı olduğuna inanıram. 

Mən isə hazırda atamın həqiqətən atam olduğunu məhkəmə yolu ilə sübut etməliyəm. Dədə Süleymana müsahibələrinin birində "Neçə övladın var?" sualı veriləndə o, "dörd - Rövşən, Cümşüd, Ceyhun və Aygün" -, cavabını verib. Həmin səsyazma arxivdə də var. Lakin sonrakı illərdə övladlardan söhbət düşəndə mən "qırmızı kart" alaraq kənarda qaldım".  




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO