Daha 5 komanda Avropa Liqasında dörddəbir final mərhələsinə vəsiqə qazandı

Daha 5 komanda Avropa Liqasında dörddəbir final mərhələsinə vəsiqə qazandı

Hazırda oxunan: Daha 5 komanda Avropa Liqasında dörddəbir final mərhələsinə vəsiqə qazandı

15217

Martın 18-də UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin cavab görüşlərinə start verilib.

Bizim.Media xəbər verir ki, gün ərzində dörd oyun saat 21:55-də başlayıb. Digər görüşlər isə 00:00-da baş tutub.

London təmsilçisi “Arsenal” Yunanıstanda 3:1 hesabı ilə məğlub etdiyi “Olimpiakos”u qəbul edib.

Görüş yunanların 1:0 hesablı qələbəsi ilə başa çatsa da, səfərdə daha böyük hesabla qalib gəldiyinə görə meydan sahibləri növbəti mərhələyə vəsiqə qazanıblar.

Digər görüş Xorvatiyada “Dinamo Zaqreb” və İngiltərənin “Tottenhem” klubları arasında baş tutub.

Bu oyunda London təmsilçisi rəqibinə 2:0 hesabı ilə məğlub olub. İlk görüş də eyni hesabla başa çatdığına görə hazırda qalibi müəyyən etmək üçün əlavə vaxt oynanılır.

"Molde” (Norveç) öz meydanında “Qranada” (İspaniya) klubuna 2:1 hesabı ilə qalib gəlib. Bu, norveçlilərin dörddəbir finala vəsiqə qaznamalarına kifayət etməyib. Belə ki, bir həftə əvvəl “Molde” səfərdə rəqibinə 0:2 hesabı ilə məğlub olmuşdu.

“Şaxtyor Donetsk” (Ukrayna) klubu səfərdə 3:0 hesabı ilə məğlub olduğu “Roma” (İtaliya) qarşısında yenidən aciz qalıb - 1:2.

Beləliklə, “Arsenal”, “Qranada” və “Roma” UEFA Avropa Liqasının dörddəbir final mərhələsinə vəsiqə qazanıb.

Xorvatiyada İngiltərənin “Tottenhem” klubu “Dinamo Zaqreb” səfərdə 0:2 hesabı ilə məğlub olduğu rəqibinə qalib gələrək növbəti mərhələyə yüksəlməyi bacarıb.

Matçının əsas vaxtı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Belə olan halda, əlavə vaxt oynanılıb.

Əlavə vaxtda daha bir dəfə fərqlənən meydan sahibləri matçdan qələbə ilə ayrılıblar.

Bundan başqa, səfərdə “Milan”ı minimal hesabla məğlubiyyətə uğradan “Mançester Yunayted”, həmçinin “Qlazqo Reyncers”in qapısından 2 cavabsız top keçirən “Slaviya Praqa”, müvafiq olaraq Kiyev “Dinamo”sunu və “Yanq Boyz” klublarını mübarizədən kənarlaşdıran “Vilyareal” və “Ayaks” klubları da növbəti mərhələyə yüksəliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO