2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 19,8% artaraq 993,5 min nəfər olub.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Rusiyaya gedən Azərbaycan vətəndaşlarının sayı 1,6 dəfə, Gürcüstana gedənlərin sayı 32,5%, Türkiyəyə gedənlərin sayı 6,4% artıb, İrana gedənlərin sayı 24,7% azalıb.
MÖVZU İLƏ BAĞLI:
Son 7 ayda Azərbaycana 183 ölkədən turist gəlib
Ölkə vətəndaşlarının 42,5%-i Türkiyəyə, 22,7%-i Rusiya Federasiyasına, 9,2%-i Gürcüstana, 7,7%-i İrana, 17,9%-i digər ölkələrə səfər edib. Gedənlərin 66,5%-ni kişilər, 33,5%-ni qadınlar təşkil edib.
2023-cü ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68%-i hava, 29,3%-i dəmir yolu və avtomobil, 2,7%-i isə dəniz nəqliyyatından istifadə edib.
Bizim.Media