"Sülh müqaviləsi ilə bağlı yeni təkliflər paketini Bakıya təqdim etdik" - Paşinyan

Hazırda oxunan: "Sülh müqaviləsi ilə bağlı yeni təkliflər paketini Bakıya təqdim etdik" - Paşinyan

152153

İrəvan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə yeni təkliflər paketini Bakıya təqdim edib.

Bizim.Media xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan cümə axşamı Nazirlər Kabinetinin iclasında danışıb.

Hökumət başçısı əlavə edib ki, Qarabağda yaşayan etnik ermənilərin hüquq və təhlükəsizliyi məsələləri Xankəndi ilə Bakı arasında aparılan danışıqlarda həll edilməlidir.

Xatırladaq ki, 2022-ci ilin martından İrəvan və Bakı bir neçə dəfə sülh müqaviləsi layihəsi ilə bağlı təkliflər mübadiləsi aparıb.

Yeri gəlmişkən, İrəvanın Bakıya yeni təkliflər paketini göndərməsi ondan xəbər verir ki, Ermənistan sadəcə vaxtı uzatmağa çalışır, çünki Azərbaycan sülh müqaviləsinin 5 bənddən ibarət olan son variantını qarşı tərəfə ötürüb və mövqeyindən bir addım belə geri çəkilməyəcək.

Bu bəndlər isə aşağıdakılardır:

1. Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

2. Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

3. Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
4. Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

5. Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO