"Rusiya-Ermənistan" dostluq cəmiyyətinin rəhbəri Ermənistana buraxılmadı

Hazırda oxunan: "Rusiya-Ermənistan" dostluq cəmiyyətinin rəhbəri Ermənistana buraxılmadı

152152

“Rossotrudniçestvo”nun Ermənistandakı filialının keçmiş rəhbəri, "Rusiya-Ermənistan" Dostluq və Əməkdaşlıq Cəmiyyətinin sədri Viktor Krivopuskovun Ermənistana girişi qadağan edilib. O, arzuolunmaz şəxslər siyahısına salınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Erməniləri İttifaqı məlumat yayıb.

Mənbə yazır ki, bu gün səhər tezdən Moskvadan İrəvana uçan diplomatın Zvartnots hava limanında sərhədi keçməsinə icazə verilməyib. 

Xatırladaq ki, Krivopuskov 2009-2013-cü illərdə “Rossotrudniçestvo”nun Ermənistandakı nümayəndəliyinə rəhbərlik edib, eyni zamanda Rusiyanın Ermənistandakı səfirliyinin müşaviri olub.

Xatırladaq ki, bundan əvvəl Dövlət Dumasının deputatı Konstantin Zatulin, RT və Sputnik-in baş redaktoru Marqarita Simonyan, eləcə də media meneceri Aram Qabrelyanovun Ermənistana girişi qadağan edilib.
Yeri gəlmişkən, Viktor Krivopuskova qoyulan qadağanın səbəbi açıqlanmır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO