Göyçayda yerli sahibkarlarla görüş keçirilib - FOTO 

Göyçayda yerli sahibkarlarla görüş keçirilib - FOTO 

Hazırda oxunan: Göyçayda yerli sahibkarlarla görüş keçirilib - FOTO 

152097

Göyçay rayon İcra Hakimiyyətinin inzibati binasında yerli sahibkarlarla görüş keçirilib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, görüşdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev bildirib ki, görüşün keçirilməsində əsas məqsəd mövcud problemlərin birgə həlli istiqamətində səylərin artırılmasıdır.  

Sonra İcra Başçısı rayon ərazisində həyata keçirilən layihələr barədə ətraflı məlumat verərək, sahibkarlıq subyektlərinin günün tələblərinə uyğun yenilənməsi, sahibkarlıq fəaliyyətində inkişaf istiqamətlərinin öyrənilməsi və bu sahədəki işlərin tənzimlənməsi üçün marketinq işlərinin aparılmasının əhəmiyyətini qeyd edilib.

Son aylar rayonda aparılan abadlıq işləri barədə məlumat verən rayon rəhbəri qeyd edib ki, görülən işlərin davamı olaraq hazırda şəhərin Heydər Əliyev prospekti ilə Natəvan küçəsi ərazisində yerləşən Göyçay Dayaq Məntəqəsinə məxsus ərazidə növbəti yaşıllaşdırma sahəsi təşkil edilib.  
Həmçinin şəhər ərazisində piyadaların və avtomobillərin təhlükəsiz hərəkətinin təmin olunması üçün yolların asfaltlanması, piyada səkilərinin əsaslı təmiri, gecə işıqlandırılma sisteminin yaradıldığını və işlərin mərhələli şəkildə davam etdiyini vurğulayıb.  

Görüşdə çıxış edən sahibkarlar fəaliyyət dairələrinin genişləndirilməsi, yeni iş yerlərinin açılması ilə bağlı görüləcək işlərdən danışıblar.

Açıq söhbət şəraitində keçirilən görüşdə sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.  

Sahibkarlar onlara göstərilən dövlət qayğısından razı olduqlarını və buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.  






Bizim.Media, Aran bürosu.

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO