İranda bir gündə 89 nəfər öldü

İranda bir gündə 89 nəfər öldü

Hazırda oxunan: İranda bir gündə 89 nəfər öldü

15206

İranda ötən sutkada koronavirusa 7 530 yeni yoluxma faktı qeydə alınıb, 89 nəfər vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari məlumat verib.

O bildirib ki, İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 61 581 nəfərə, yoluxanlar isə 1 milyon 778 min 645 nəfərə çatıb.

İranda bu günə qədər 1 milyon 521 min 377 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.

Virusa yoluxan və hazırda vəziyyəti ağır olan 3 866 nəfər xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO