Bu gün Füzuliyə yola salınan 23 ailə doğma şəhərlərinə çatıb

Bu gün Füzuliyə yola salınan 23 ailə doğma şəhərlərinə çatıb

Hazırda oxunan: Bu gün Füzuliyə yola salınan 23 ailə doğma şəhərlərinə çatıb

151886

Bu gün Bakıdan Füzuli şəhərinə yola salınan növbəti köç - 89 nəfərdən ibarət 23 ailə mənzil başına çatıb.

Bizim.Media xəbər verir ki, bu ailələr bundan sonra öz doğma şəhərlərində - Füzulidə yaşamağa başlayacaq.

Evlərin açarları sakinlərə təqdim olunub.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Füzuli şəhərində 70 ailə, yəni 247 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, birinci mərhələdə Füzuli şəhərinə ümumilikdə 144 ailənin (509 nəfər) köçürülməsi nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO