Bakıda qadın şahmatçıların dünya kuboku başa çatdı - FOTO

Bakıda qadın şahmatçıların dünya kuboku başa çatdı - FOTO

Hazırda oxunan: Bakıda qadın şahmatçıların dünya kuboku başa çatdı - FOTO

151873

Bakıda qadın şahmatçılar arasında Dünya Kubokunun bağlanış və mükafatlandırma mərasimi keçirilib. 

Bizim.Media xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov, şahmatçılar və digər qonaqlar iştirak ediblər.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himni və FIDE-nin rəsmi himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra monitorda qadınlar arasında yarışa həsr olunmuş videoçarx nümayiş etdirilib.

Ardınca çıxış edən Mahir Məmmədov Dünya Kubokunu keçirməkdən qürur duyduqlarını bildirib.

O qeyd edib ki, Bakı gələcəkdə də bu cür nüfuzlu yarışlara ev sahibliyi edəcək. İştirakçılara minnətdarlığını bildirən federasiya prezidenti Dünya Kubokunun qalibi olan Aleksandra Qoryaçkinanı qələbə münasibətilə təbrik edib.

Mahir Məmmədov deyib ki, şahmatın Azərbaycanda bu dərəcədə populyar olması və sevilməsi birbaşa ölkə rəhbərliyinin idmanla bağlı uğurlu siyasətinin nəticəsidir.

Daha sonra söz FIDE prezidenti Arkadi Dvorkoviçə verilib. Yüksək səviyyəli təşkilatçılığa görə Azərbaycana təşəkkür edən Dvorkoviç xalqımızın qonaqpərvərliyini xüsusi vurğulayıb.

Ardınca qaliblərə mükafatlar təqdim olunub. Ukraynalı Anna Muziçuka bürünc, Bolqarıstan təmsilçisi Nurgül Salimovaya gümüş, yarışın qalibi rusiyalı Anna Qoryaçkinaya isə qızıl medal və Dünya Kuboku verilib. Mükafatları Mahir Məmmədov, Arkadi Dvorkoviç və Fərid Qayıbov təqdim ediblər. 
Birinci yerin sahibi olan şahmatçı Dünya Kubokunu gənclər və idman naziri Fərid Qayıbov tərəfindən qəbul edib. Qalib şahmatçının şərəfinə FIDE-nin rəsmi himni səsləndirilib. Sonda Arkadi Dvorkoviç qadınlar arasında Dünya Kuboku yarışını bağlı elan edib.








Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO