Xəbər verdiyimiz kimi, bu gün erməniəsilli 90-a yaxın şəxsin “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi növbəti dəfə təmin edilib.
Bizim.Media xəbər verir ki, Xankəndidən gələn erməni qadının əl çantasındakı şəkil sərhədçilərimizin etirazı ilə qarşılanıb.
Belə ki, çantada Qarabağdakı qondarma rejimin əski parçası həkk olunub.
Buna baxmayaraq erməni qadın sərbəst buraxılıb və o, Gorusa gedən avtomobilə minib.
Qeyd edək ki, sərhəd-buraxılış məntəqəsindən keçərək Ermənistana gedənlər arasında Ermənistanla yanaşı Rusiya vətəndaşları da olub.
Bizim.Media