Tacir qalmaqal yaşadığı duet ortağı Fədayə ilə münasibətlərindən DANIŞDI - VİDEO

Tacir qalmaqal yaşadığı duet ortağı Fədayə ilə münasibətlərindən DANIŞDI - VİDEO

Hazırda oxunan: Tacir qalmaqal yaşadığı duet ortağı Fədayə ilə münasibətlərindən DANIŞDI - VİDEO

151780

Müğənni Tacir Şahmalıoğlu küsüb-barışdığı duet ortağı Fədaya Laçınla münasibətlərindən söz açıb. 

Bizim.Media xəbər verir ki, sənətçi evində qonaq qəbul etdiyi "Xoş gəldim" verlişinin aparıcı Amil Xəlilin gözlənilməz və efirə yaraşmayan sualı ilə üz-üzə qalıb.  

Amilin "Fədayə Laçınla aranızda ər-arvad münasibəti olub?" sualına Tacir "Olmayıb" qısa cavabını verib. Lakin daha geniş cavab almaq üçün aparıcı "Axı özünüz əvvəl müsahibənizdə demişdiniz. Elə bildiyimiz münasibətdən söhbət gedir" sözlərini dilə gətirib. Müğənni isə "Hər yaxın münasibət ər-arvad münasibəti demək deyil" reaksiyasını verib.  

Həyat yoldaşının qısqanclığından danışan Tacir "Cavan vaxtları xanımım qısqanclıq edirdi. Həyat yoldaşım qısqancdır. Amma indi püxtələşib. Ailəmin başında olmuşam, onları üstdə tutmuşam. Dünya dağılsa, ailəmi atmaram. Həyat yoldaşım bibim nəvəsidir. Ailədə hüzur olmasa, bərəkət də olmaz" fikrini ifadə edib.  
Qeyd edək ki, Tacir Şahmalıoğlu müsahibələrin birində "Fədayə Laçınla 6 il bir yerdə oxumuşuq, əlbəttə münasibətimiz olub" açıqlamasını vermişdi. Eyni zamanda Tacir Fədayənin bacısı İlahə Fəda ilə düşmən mövqeyindədir. İlahə açıqlamalarında dəfələrlə Taciri təhqir edib.


Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO