Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanıldı

Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanıldı

Hazırda oxunan: Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanıldı

151691

Qızılağac Milli Parkının ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən Qızılağac Milli Parkının əməkdaşları ilə birgə qeyri-qanuni ovçuluq və balıqçılıqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində keçirilən növbəti tədbirlər nəticəsində Milli Parkın ərazisindəki kiçik körfəz su sahəsində qanunsuz balıq ovlayan Masallı rayon sakini Anar Həsənov saxlanılıb.

Həmin şəxsdən ov zamanı istifadə etdiyi qayıq, sintetik torlar və qanunsuz olaraq ovladığı balıqlar aşkar olunaraq götürülüb. Onun təbiətə 1155 manat dəyərində ziyan vurduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO