Oğuzda birinci kurs tələbəsinin ölüm səbəbi AÇIQLANDI

Oğuzda birinci kurs tələbəsinin ölüm səbəbi AÇIQLANDI

Hazırda oxunan: Oğuzda birinci kurs tələbəsinin ölüm səbəbi AÇIQLANDI

151614

Xəbər verdiyimiz kimi, Oğuz rayonunun Bayan kənd sakini, 2005-ci il təvəllüdlü Aydan Vidadi qızı Umarova yaşadığı evdə özünü pis hiss edib. O, Təcili Tibbi Yardım maşını ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Bizim.Media xəbər verir ki, onun ölüm səbəbi açıqlanıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Oğuzda 18 yaşlı qız qəfil vəfat etdi - FOTO


Belə ki, 18 yaşlı A.Umarova son 1 ayda mədə-bağırsaq xəstəliyindən əziyyət çəkirmiş. 

O, düzgün qidalana bilmədiyi üçün təzyiq düşməsi səbəbindən vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, 18 yaşlı Aydan Umarova Bakı Mühəndislik Universitetinin birinci kurs tələbəsi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO