Pilot uçuş zamanı öldü - Təyyarədə 271 sərnişin olub - FOTO

Pilot uçuş zamanı öldü - Təyyarədə 271 sərnişin olub - FOTO

Hazırda oxunan: Pilot uçuş zamanı öldü - Təyyarədə 271 sərnişin olub - FOTO

151553

Mayamidən Çiliyə uçan və göyərtəsində 271 sərnişin daşıyan təyyarənin pilotu idarə etdiyi hava gəmisinin tualetində ölü tapılıb.

Bizim.Media “The Independent” agentliyinə istinadla xəbər verir ki, İvan Andaur adlı pilot özünü narahat hiss edərək təyyarənin tualetinə gedib.

Ondan bir müddət xəbər alınmayıb. Sonra onu LATAM Hava Yollarına məxsus təyyarənin tualetində ölü tapıblar. Tibb işçiləri pilotun infarkt keçirdiyini bildiriblər. 
Baş verən hadisə ilə əlaqədar təyyarə yarım saat ərzində Panama şəhərindəki Tocumen Beynəlxalq Hava Limanına təcili eniş etməli olub.

Qeyd edək ki, ABŞ-da sərnişin təyyarələrinin pilotları üçün yaşı 40 yaşdan aşağı olanlardan hər il, yuxarı olanlardan isə altı aydan bir tibbi arayış tələb olunur.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO