Rusiya ordusu Ukraynanın Çerniqov şəhərinə “İskəndər-M” ballistik raketi ilə atəşə tutub. Nəticədə 6 nəfər ölüb, 11 yaralı var.
Bizim.Media xəbər verir ki, bu barədə Çerniqov vilayət hərbi administrasiyasının rəhbəri Vyaçeslav Çaus məlumat verib.
Məlumata görə, ballistik raket birbaşa şəhərin mərkəzinə düşüb. Çerniqov Dram Teatrına hücum zamanı orada dronların sərgisi keçirilib. Qeyd olunub ki, ruslar çoxlu sayda dinc əhalini ballistika ilə vurublar. Hazırda hadisə yerində xilasedicilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və həkimlər işləyir.
Bizim.Media