Qəbələdə payızlıq dənlilərin səpininə hazırlıq görülür

Qəbələdə payızlıq dənlilərin səpininə hazırlıq görülür

Hazırda oxunan: Qəbələdə payızlıq dənlilərin səpininə hazırlıq görülür

151454

Bu ilin payızında Qəbələ rayonunda gələn ilin məhsulu üçün 19 min 500 hektaradək sahədə payızlıq dənli bitkilərin səpini proqnozlaşdırılır. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib. 

Hazırda təsərrüfatlarda payızlıq dənlilərin səpini üçün yay şumu davam etdirilir. İndiyədək təsərrüfatlarda 2 min 820 hektar sahədə yay şumu aparılıb.

Builki mövsümdə rayonda 15 min 465 hektar sahədən 44 min 430 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 28,7 sentner olub. İstehsal olunan taxılın 32 min 712 tonu buğda, 11 min 718 tonu arpadır. Taxıl biçini başa çatdıqdan sonra rayonun təsərrüfatlarında 350 hektar sahədə silos üçün təkrar qarğıdalı əkilib. Təkrar əkinlər əsasən Vəndam, Nic qəsəbələrinin və Tüntül kəndinin ərazilərində həyata keçirilib. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO