Bakıda atmosferi çirkləndirən daş karxanası cərimələnib.
Bizim.Media xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən keçirilən birgə nəzarət tədbirləri zamanı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində fəaliyyət göstərən “Nardaran Daş Karxanası” LTD tərəfindən atmosferə toz hissəciklərinin atılması faktı müəyyən olunub.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, aparılan ölçmə işləri nəticəsində atmosferə atılan toz hissəciklərinin normadan artıq olduğu məlum olub. “Faktla bağlı “Nardaran Daş Karxanası” LTD barəsində akt, protokol tərtib olunub və müəssisə hüquqi şəxs qismində cərimə olunub.
Xidmət rəsmisinin sözlərinə görə, mövcud vəziyyətin yerində araşdırılması məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmaqla, Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışın alınması istiqamətində işlər aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
06:17 / 19.08.2023
Paytaxtda atmosferi çirkləndirən daş karxanası cərimələnib
Hazırda oxunan: Paytaxtda atmosferi çirkləndirən daş karxanası cərimələnib
Hazırda oxunan: Paytaxtda atmosferi çirkləndirən daş karxanası cərimələnib
151434
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.