Səyyar qril satanları hansı cəza gözləyir? – RƏSMİ AÇIQLAMA 

Səyyar qril satanları hansı cəza gözləyir? – RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Səyyar qril satanları hansı cəza gözləyir? – RƏSMİ AÇIQLAMA 

151339

Avqustun 10-da qril satışındakı nöqsanlarla bağlı məqalə dərc etmişdik. Sözügedən məqalədə qril satışı ilə bağlı problemlər və antisanitar vəziyyətdən bəhs olunub. 

Apardığımız araşdırmalar nəticəsində məlum olub ki, səyyar qril satışı ümumiyyətlə qadağandır. 

Mövzu ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəsmisi İlkin Kərimov bildirib ki, küçə ticarəti birmənali olaraq AQTA-nın səlahiyyətləri xaricindədir: 
 

MÖVZU İLƏ BAĞLI:

Küçələrdə satılan TƏHLÜKƏ – Qrillərin keyfiyyətinə kim NƏZARƏT EDİR?


“Nazirlər Kabinetinin 94 nömrəli qərarında küçədə hansı ərzaq məhsullarını və qeyri-qida məhsullarının satıla biləcəyi göstərilib. Qeyd olunur ki, məsələn, dondurma, alkoqolsuz içkilər, istehsalçı tərəfindən qablaşdırılmış çörək, bulka, qənnadı məmulatları və meyvə-tərəvəz istisnadır, yəni onlar səyyar formada satıla bilər. Digər mallarının satışı qanunla qadağandır və belə olan halda qril satışına icazə yoxdur. Yəni bu qanunsuz haldır. Bu hallarla da müvafiq orqanlar mübarizə aparmalıdır”. 

Bəs, səyyar qril satıcılarını hansı cəza gözləyir? 

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən, qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə inzibati cərimə nəzərdə tutulub. 

Eyni zamanda “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli fərmanının 5.53-cü maddəsinə uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə inzibati icraata Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları baxır. 

Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə səksən manat məbləğində cərimə edilir. 

Röyanə Oğuz, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO