Ermənistan yeni qərarlar verməyə məcburdur - Fərid Şəfiyev

Ermənistan yeni qərarlar verməyə məcburdur - Fərid Şəfiyev

Hazırda oxunan: Ermənistan yeni qərarlar verməyə məcburdur - Fərid Şəfiyev

151325

“BMT TŞ-nin dünənki iclası bir daha göstərdi ki, erməni təxribatları heç bir nəticə verməyib. Müzakirələr fonunda yekun sənədin olmaması o deməkdir ki, ermənilər tərəfindən irəli sürülən arqumentlər qəbul olunmazdı”.

Bunu Bizim.Media-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Uzun illər BMT-nin qətnamələrini icra etməyən İrəvan indi həmin qurumdan imdad diləyir - Komitə sədri


Rəsmi İrəvan realıqla barışmalıdır: 

“Bəzi nümayəndələr, erməniləri dəstəkləyən Fransa, Malta kimi dövlətlər erməni tezislərindən çıxış edərək, onların arqumentlərini müdafiə etdi. Avropa İttifaqı nümayəndəsinin çıxışı da qənaətbəxş deyil. Aİ nümayəndəsinin çıxışı da açıq-aşkar şəkildə göstərir ki, onlar İrəvanın mövqeyini dəstəkləyir. Bu bəyanatları kənara qoyduqda, digər çıxışçılar, xüsusən də Albaniyanın Azərbaycanla bağlı mövqeyi əla idi.

Gözlənilirdi ki, BMT TŞ-nin bir çox üzvləri neytral mövqedən çıxış edəcəklər. BƏƏ nümayəndəsinin çıxışı ölkəmiz üçün qənaətbəxş deyil. Gözləyirdik ki, heç olmasa BƏƏ-də Albaniya kimi Azərbaycanı dəstəkləyər. Amma bu ölkə nümayəndəsinin çıxışında səsləndirdiyi ifadələr neytral xarakter daşıyırdı. Bu barədə təbii ki, düşünmək lazımdır. 

Nəticə olaraq heç bir sənəd qəbul olunmadı. 

Ermənistan reallıqla barışmalıdır. Hansı ki, bu reallıq da beynəlxalq hüquqa əsaslanır. Azərbaycan humanitar yüklər üçün alternativ yol təklif edib. Ermənistan bundan sonra strategiyanın nədən ibarət olması, yenidən təxribatlarla məşğul olmaq, yoxsa sülh sazişi istiqamətində real iş aparmaq, barədə düşünməlidir”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO