Musiqi məktəblərində işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə qeydiyyat başlayır

Musiqi məktəblərində işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə qeydiyyat başlayır

Hazırda oxunan: Musiqi məktəblərində işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə qeydiyyat başlayır

151270

Mədəniyyət Nazirliyinin “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu Qaydaları"na əsasən, məktəb və mərkəzlərə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu müsabiqə əsasında həyata keçirilir. 

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur. Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktor, direktor müavini və müəllimlərin işə qəbulu üzrə test imtahanı 16 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilib 

Müsabiqənin müsahibə mərhələsində direktor və direktor müavinlərinin işə qəbulu üzrə test imtahanında direktor vəzifəsi üzrə 50 bal (Bakı şəhərinin məktəbləri üzrə 70 bal, Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə 60 bal), direktor müavini vəzifəsi üzrə 45 bal (Bakı şəhərinin məktəbləri üzrə 63 bal, Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə 54 bal); 
müəllimlərin işə qəbulu üzrə test imtahanında 35 bal (Bakı şəhərinin məktəbləri üzrə 49 bal, Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə 42 bal), simli alətlər (violonçel və kontrabas), klassik və milli nəfəsli alətlər, xoreoqrafiya ixtisasları üzrə 30 bal (Bakı şəhərinin məktəbləri üzrə 44 bal, Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə 37 bal) toplamış namizədlər iştirak edə bilərlər. 

Müsahibə mərhələsi üzrə qeydiyyat və vakansiya seçimi 18 avqust 2023-cü il saat 09:00-dan etibarən aşağıdakı linklər vasitəsilə aparılacaqdır //bit.ly/3QZZ00b (direktor və direktor müavini vəzifələri üzrə) //bit.ly/45aSEiI (müəllimlər üzrə). 

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin tabeliyində olan uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 2022-ci ildə iştirak etmiş namizədlərin əldə etdikləri nəticələr (toplanmış ballar) iki (iki) il qüvvədə qalır (2022 və 2023-cü illər). Bununla əlaqədar, 2022-ci ildə test imtahanında müvafiq minimal balı toplamış namizədlər birbaşa müsahibə mərhələsi üzrə qeydiyyatdan keçə və vakansiya seçimi edə bilərlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO