BİZİM TƏQVİM: 17 avqust dahi Müslüm Maqomayevin doğum günüdür

BİZİM TƏQVİM: 17 avqust dahi Müslüm Maqomayevin doğum günüdür

Hazırda oxunan: BİZİM TƏQVİM: 17 avqust dahi Müslüm Maqomayevin doğum günüdür

151114

17 avqust 2008-ci ildə Bakıdakı Əbu Bəkr məscidində terror aktı törədilib. Məscidə iki əl qumbarası atılıb. Terror nəticəsində 2 nəfər ölüb və 18 nəfər ağır bədən yaraları alıb. Yaralananlar arasında məscidin imamı Qamət Süleymanov da olub.Hüquq mühafizə orqanları terror aktını İlqar Mollaçıyevin rəhbəri olduğu "Meşə qardaşları” qrupunun törətdiyini bəyan etdi.

Bəs, avqustun 17-də dünyada daha hansı hadisələr baş verib?  

1. 17 avqust 1771-ci ildə İngilis alimi Cozef Pristli fotosintez prosesini kəşf edib. 

2. 1787-ci ilin 17 avqust tarixindә Osmanlı-Rusiya müharibәsi başlayıb.  

3. 17 avqust 1807-ci ildə Amerikalı mühəndis Robert Fultonun layihəsi əsasında hazırlanan buxarla işləyən ilk gəmi - "North River Steamboat" istifadəyə verilib. 

4. 1943-cü ilin 17 avqust tarixindә II Dünya Müharibәsindә müttәfiqlәr Siciliya adasını nәzarәtinә keçirib.  

5. 1945-ci ilin 17 avqust tarixindә İndoneziya müstәqilliyini әldә edib.  

6. 1949-cu ilin 17 avqust tarixindә Әrzurum, Bingöl vә Bingölün Karlıova qәsәbәsindә 6.7 bal gücündә zәlzәlә baş verib. Tәbii fәlakәt nәticәsindә 450 nәfәr hәlak olub.  

7. 1969-cu ilin 17 avqust tarixindә ABŞ-da tüğyan edәn ‘‘Camille’’ fırtınası nәticәsindә 248 nәfәr hәlak olub.  

8. 1978-ci ilin 17 avqust tarixindә İranda Şax rejiminә son qoyuldu vә vәtәndaş müharibәsi başladı.  

9. 1987-ci ilin 17 avqust tarixindә Almaniyalı nasistlәrin liderlәrdәn Rudolf Hess intihar edib.  

10. 1988-ci ilin 17 avqust tarixindә Pakistan dövlәt başçısı Ziya Ül Hakın tәyyarәsi qәzaya uğrayıb, nәticәdə Ziya Ül Hak hәlak olub.  

11. 1996-cı ilin 17 avqust tarixindә Rusiya ilә Çeçenistan atәşkәsә dair müqavilә imzalayıb.  

12. 1999-cu ilin 17 avqust tarixindә Türkiyәnin Mәrmәrә bölgәsindә 7.4 bal gücündә zәlzәlә qeydә alınıb. Tәbii fәlakәt nәticәsindә 18 min 373 nәfәr hәlak olub, 48 min 901 nәfәr xәsarәt alıb, yüz minlәrlә adam evsiz qalıb. 245 mindәn çox tikiliyә ciddi ziyan dәyib.  


13. 17 avqust 2008-ci ildə Maykl Felps bir Olimpiya oyunlarında 8 qızıl medal qazanan ilk idmançı olub. 

17 avqustda bu şəxsiyyətlər xatırlanır.  

1. 17 avqust 1943-cü ildə Amerikalı məşhur kinoaktyor, rejissor və prodüser Robert de Niro anadan olub.  

2. 1942-ci ilin bu günündə SSRİ Xalq artisti, əfsanəvi Azərbaycan ifaçısı və bəstəkarı Müslüm Maqomayev dünyaya göz açıb. (1942-2008). Dünyanı fəth edən ecazkar səsi ilə əfsanəyə çevrilmiş XX əsrin orfeyi, bariton Müslüm Maqomayevin yaradıcılığı bəşəriyyətin mədəniyyət xəzinəsinə daxil olub. O, “Xalqlar dostluğu”, “Şöhrət”, “Şərəf” ordenləri ilə təltif edilib.  

3. 17 avqust 1943-cü ildə Xalq artisti, müğənni İlhamə Quliyeva (1943 – 25.2.2016) anadan olub. O Azərbaycan Televiziyası və Radiosu estrada orkestrinin, Dövlət Filarmoniyasının solisti olub. 

4. 17 avqust 1958-ci ildə Musiqişünas, sənətşünaslıq namizədi Aytəkin Həsənova (1958-2012) doğulub. Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri olub.  

5. 17 avqust 1988-ci ildə Pakistan prezidenti Məhəmməd Ziyaülhaqq təyyarə qəzasında həlak olub.  

6. 17 avqust 1998-ci ildə Xalq yazıçısı Yusif Səmədoğlu (Yusif Səməd oğlu Vəkilov; 25.12.1935 – 1998) vəfat edib. “Ulduz”, “Azərbaycan» jurnallarının baş redaktoru, Milli Məclisin deputatı olub. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO