Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Dövlət Gömrük Komitəsi tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə ölkəyə idxal edilmiş məhsulların gömrük rəsmiləşdirilməsi prosesində süni maneələr yaradaraq sonradan gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi müqabilində vətəndaşdan rüşvət alan bir qrup vəzifəli şəxs cinayət başında yaxalanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Gömrük Komitəsinin birgə məlumatında deyilir.
DGK-nın Bakı Baş Gömrük İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin inspektoru Məzahir İsmayılovun qeyd edilən qanunsuz əməllərin törədilməsi üçün ona vasitəçilik edən ƏƏSMN-in tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialının müdiri Elşan Abdullayev və “ƏR TRANSPORT” MMC-nin faktiki rəhbəri Ədalət Quliyevlə əlbir olub vətəndaşa məxsus şirkətin hesabına idxal edilmiş avtomobil ehtiyyat hissələrinin gömrük rəsmiləşdirilməsində süründürməçilik hallarına yol verməsi, daha sonra səthi baxış keçirməklə malların gömrük nəzarətindən sürətli şəkildə buraxılmasına görə həmin şəxsdən 8 min manat məbləğində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında aparılmış axtarışlar zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.
Göstərilən faktlar üzrə başlanmış cinayət işi üzrə Məzahir İsmayılov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), Elşan Abdullayev və Ədalət Quliyev isə 32.5, 308.2, 32.5, 311.3.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və külli miqdarda rüşvət almaqda köməkçilik) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İş üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin ediləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:04 / 16.08.2023
SON DƏQİQƏ: Azərbaycanda vəzifəli şəxslər həbs edildi
Hazırda oxunan: SON DƏQİQƏ: Azərbaycanda vəzifəli şəxslər həbs edildi
Hazırda oxunan: SON DƏQİQƏ: Azərbaycanda vəzifəli şəxslər həbs edildi
151107
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.