Qadınlar arasında dünya çempionatı: Finalda İngiltərə İspaniya ilə qarşılaşacaq

Qadınlar arasında dünya çempionatı: Finalda İngiltərə İspaniya ilə qarşılaşacaq

Hazırda oxunan: Qadınlar arasında dünya çempionatı: Finalda İngiltərə İspaniya ilə qarşılaşacaq

151102

Yeni Zelandiyada keçirilən futbol üzrə qadınlar arasında dünya çempionatında ikinci finalçının adına aydınlıq gəlib.

Bizim.Media xəbər verir ki, yarımfinalda Avstraliyanı 3:1 hesabı ilə üstələyən İngiltərə millisi həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Komandanın qollarını 36-cı dəqiqədə Ella Tun, 71-ci dəqiqədə Lauren Hemp, 86-cı dəqiqədə Alessia Russo vurub. Avstraliyanın heyətində isə 63-cü dəqiqədə Samanta Kerr fərqlənib.

İngiltərə yığması avqustun 20-də həlledici oyunda İspaniya ilə üz-üzə gələcək. Avqustun 19-da isə Avstraliya üçüncü yer uğrunda matçda İsveçlə görüşəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO