Azərbaycanı 2020 və 2021-ci illərdə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində təmsil edən müğənni Samirə Əfəndi Xalq artisti Aygün Kazımovanın repertuarına müraciət edib.
Bizim.Media xəbər verir ki, Əfəndi bu dəfə Kazımovanın sözləri Elnur Məmmədova, musiqisi isə Vaqif Gərayzadəyə məxsus “Я девушка восточная” (Mən şərq qızıyam) adlı hitini ifa edib.
Samirə sözügedən bəstəni iştirak etdiyi məclislərin birində səsləndirib. Əfəndi həmin anları isə sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, Samirə Əfəndi daha əvvəl Aygün Kazımovanın “Bu sevgi” adlı nəğməsini ifa edərək, repertuarına daxil edib.
Rəşad Əliyev, Bizim.Media