BİZİM TƏQVİM: 16 avqustda ermənilər ilk dəfə Şuşaya hücum ediblər

BİZİM TƏQVİM: 16 avqustda ermənilər ilk dəfə Şuşaya hücum ediblər

Hazırda oxunan: BİZİM TƏQVİM: 16 avqustda ermənilər ilk dəfə Şuşaya hücum ediblər

150946

1905-ci ilin bu günündə Şuşada erməni-daşnak quldur dəstələrinin azərbaycanlı əhaliyə qarşı hucumlarının qarşısı alınıb. Bakıdakı müsəlman qırğınlarından sonra ermənilərin eyni ssenarini Qarabağda da həyat keçirmək cəhdləri baş tutmayıb. Erməni dəstələri Şuşa yaxınlığında ağır məğlubiyyətə uğrayıblar. Bundan az öncə daşnakların silahlı dəstələri Qacar kəndindəki (Füzuli rayonu) döyüşdə məğlub edilmişdi.

Bəs, avqustun 16-da dünyada daha nələr olub?

⦁  1556-cı ilin 16 avqustunda İstanbulda mərasimlə Süleymaniyyə məscidi açıldı.

⦁  1858-ci ilin bu günü Avropadan Amerikaya ilk teleqram göndərilib: ABŞ prezidenti Ceyms Bükenen okean aşan ilk teleqraf danışığını İngiltərə kraliçası Viktoriya  ilə edib. Bununla da dünya tarixində teleqrafdan istifadə etməklə qısa müddət ərzində informasiya çatdırılmasının bünövrəsi qoyulub.

⦁  16 avqust 1868-ci ildə Perunun Arica şəhəri 8,5 gücündə zəlzələ ilə gələn sunami nəticəsində yerlə bir olub. 25 mini Aricadan olmaqla təxminən 70 min nəfər həyatını itirib.

⦁  1906-cı ilin bu günündə Ümumrusiya müsəlmanlarının III qurultayı (Nijni-Novqorod) işə başlayıb. Avqustun 20-dək sürən qurultayda Ümumrusiya Müsəlmanları İttifaqının (“İttifaqi-Müslimin”) proqram sənədləri, rəhbər strukturları təsdiqlənib. Azərbaycanlı Əlimərdan bəy Topçubaşov Ümumrusiya Müsəlmanları İttifaqının rəhbəri secilib.

⦁  1953-cü ilin 16 avqustunda İran şahı Rza Pəhləvi və xanımı Sürəyya baş nazir Musaddiki vəzifəsindən kənarlaşdıra bilməyincə İranı tərk etdilər.

⦁  16 avqust 1960-cı ildə Stokholmda XI Beynəlxalq astronavtika konqresinin qərarı ilə Beynəlxalq Astronavtika Akademiyası yaradılıb. 

⦁  16 avqust Qıbrız (Kipr) respublikasının milli bayramı – müstəqillik günüdür. Bu ölkə 1960-cı ildə istiqlaliyyətini elan edib. 

⦁  1974-cü il 16 avqust tarixində Qıbrız (Kipr) Barış Hərəkatı çərçivəsində Türkiyə hərbi birlikləri Maqosa, Lefkoşa, Lefke xəttinin şimalında qalan bölgəni nəzarətə alıb və atəşkəs elan olunub. 1975-ci ildə qıbrız türkləri Kipr-Türk Federativ Dövləti, 1983-cü ildə isə xalqın istəyilə Şimali Qıbrız (Kipr) Türk Respublikası yaradıldığını elan ediblər.

⦁  1976-cı ilin 16 avqustunda  psixotrop maddələr üzərində nəzarət haqqında Konvensiya qüvvəyə minib. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə 1971-ci il yanvarın 11-dən fevralın 21-dək Vyanada keçirilən konfransda psixotrop maddələr üzərində nəzarət haqqında Konvensiya qəbul edilib. Sənədi təxminən 160 dövlət imzalayıb.
⦁   16 avqust 2008-ci ildə Yamayka atleti Usain Bolt Pekində keçirilən 2008 Yay Olimpiadasında 9.69 saniyə ilə 100 metrlik dünya rekordunu qırdı. Bir il sonra o, Berlindəki Dünya Atletizm Çempionatında rekordunu 9.58 saniyə ilə yenilədi.

16 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

⦁  "Sıravi dəlilik əhvalatları" başda olmaqla bir çox məşhur əsərə imza atan yazıçı Çarlz Bukovski 1920-ci ilin 16 avqustunda Almaniyada dünyaya gəlib. (1920-1994)

⦁  Azərbaycanın tanınmış yazıçısı və dövlət xadimi Şıxəli Qurbanov 1925-ci ilin bu günü dünyaya gəlib. Komediyalarında cəmiyyətin mənfi cəhətlərini satira atəşinə tutan yazıçı həm də Azərbaycan-Rusiya ədəbi əlaqələrinə dair tədqiqatların müəllifidir. Şixəli Qurbanov Sovet hakimiyyəti illərində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təbliğat və təşviqat şöbəsinin müdiri, Mərkəzi Komitənin baş katibi vəzifəsində çalışan zaman xalqın milli bayramı olan Novruzun rəsmi keçirilməsinə nail olub. (1925-1967)

⦁  XX əsrin tanınmış Azərbaycan fəlsəfi şairi Bəxtiyar Vahabzadə 1925-ci il 16 avqustda anadan olub. Bədii yaradıcılığa 18 yaşında başlayan şairin şeir, pyes və publisistik əsərlərindən ibarət 70-dən çox kitabı nəşr edilib. Bəxtiyar Vahabzadənin ictimai fəaliyyəti də dəyərli və əvəzsizdir. Azərbaycan tarixinin taleyüklü anlarında əsl vətəndaş mövqeyi nümayiş etdirən şairin xalqın yaşadığı Qanlı Yanvar faciəsi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışları və atdığı addımlar öz qətiyyəti ilə seçilib. (1925-2009) ⦁  Bu gün “Rok and roll” kralı Elvis Preslinin xatirə günüdür. Elvis 1977-ci ildə Qreyslenddə 42 yaşında dünyadan köçüb (1935-1977).

⦁  16 avqust 1924-ci ildə məşhur tarzən, Əməkdar artist Əhsən Dadaşov (1924 –29.5.1976) anadan olub. 1960-cı ildə Azərbaycan Televiziyası və Radiosunun “Xatirə” xalq çalğı alətləri ansamblını yaradıb. Hazırda kollektiv Ə.Dadaşovun adını daşıyır.
⦁  16 avqust 1936-ci ildə tanınmış filosof, AMEA-nın müxbir üzvü Zakir Məmmədov (1936 – 2.3.2003) doğulub. “Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir”, “Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri” və s. kitabların müəllifidir.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO