Rublun zəifləməsi səbəbindən miqrantlar Rusiyanı tərk edəcək - “Vedomosti”

Rublun zəifləməsi səbəbindən miqrantlar Rusiyanı tərk edəcək - “Vedomosti”

Hazırda oxunan: Rublun zəifləməsi səbəbindən miqrantlar Rusiyanı tərk edəcək - “Vedomosti”

150928

Əmək miqrantlarının üçdə biri rublun dollar və avro qarşısında zəifləməsi nəticəsində gəlirlərin aşağı düşməsi səbəbindən Rusiyanı tərk edə bilər. 

Bizim.Media xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti Moskvadakı özbək diasporunun rəhbəri Bəxrom İsmayılova istinadən məlumat yayıb.

Özbək diasporu arasında keçirilən sorğuya əsasən, respondentlərin 50%-i dolların bahalaşmasına görə Rusiyanı tərk etmək barədə düşünür, 25%-i bunu etməyi planlaşdırmır, 25%-i isə hələ ki, qərar verməyib. 

Sorğuda 22 800 insan iştirak edib.

Bəhrom İsmayılovin fikrincə, ilk növbədə, ən az maaşı olan sahələrdə (pərakəndə satış, ictimai iaşə, təmizlik, ictimai iaşə, kuryer işi, kənd təsərrüfatı) çalışan miqrantlar Rusiyanı tərk edəcəklər.

Öz növbəsində Rusiya Tacikistanlılar İttifaqının sədri Abdullo Davlatov qeyd edib ki, miqrantlar da valyuta konvertasiyası ilə bağlı öz doğma ölkələrinə pul köçürərkən qazandıqları pulun bir hissəsini itirirlər. Eyni zamanda, o, hesab edir ki, yaxın gələcəkdə heç bir ciddi axın olmayacaq, çünki hamının Rusiyanı tərk etmək imkanı yoxdur.
Lakin qəzetin müsahibə verdiyi digər ekspertlər belə rəqəmləri şübhə altına alıblar. Belə ki, miqrasiya məsələləri üzrə ekspert Vadim Kojenov qeyd edib ki, bir çox miqrant daimi yaşamaq üçün Rusiyada məskunlaşır. Onun fikrincə, rublun məzənnəsinin zəifləməsi ilə əlaqədar xaricilərin ölkəyə axını 10%-i keçməyəcək.

Dünən, avqustun 14-də Moskva birjasında dollar 101 rubla (hazırda isə 1 dollar 98.33 rubla dəyişdirilir), avro 110 rubla (hazırda isə 107.55-dir) qədər bahalaşıb.

Avqustun əvvəlindən rublun ucuzlaşması sürətlənib və təxminən 7% təşkil edib ki, bu da bütün iyulun göstəricisindən çoxdur. Mərkəzi Bank rublun məzənnəsinə görə maliyyə sabitliyinə heç bir təhlükə görmədiyini bildirir. Lakin bu gün qurum plandankənar iclas keçirəcək və faiz dərəcəsini artırmaq haqda düşünür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO