Səhiyyə Nazirliyi və TƏBİB-ə yeni səlahiyyət VERİLDİ 

Səhiyyə Nazirliyi və TƏBİB-ə yeni səlahiyyət VERİLDİ 

Hazırda oxunan: Səhiyyə Nazirliyi və TƏBİB-ə yeni səlahiyyət VERİLDİ 

150927

Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi yalnız reseptdə yazılan miqdarda dərman vasitələrini ölkəyə gətirə biləcəklər. 

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Dərman vasitələri haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. 

Fərmana əsasən, təsdiq edilmiş reseptə yazılan, dövlət reyestrinə daxil edilməyən dərman vasitələrini pasiyentin sifarişi əsasında topdansatış əczaçılıq müəssisələri, aptek təşkilatları və ya Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi yalnız reseptdə yazılan miqdarda ölkəyə gətirə bilərlər.
Həmin dərman vasitələrinin resept yazılan şəxs istisna olmaqla, ölkə ərazisində satışı qadağandır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO