Ukraynanın bir çox əraziləri, o cümlədən Lvov vilayəti Rusiya ordusu tərəfindən raket atəşinə tutulub.
Bizim.Media xəbər verir ki, bu barədə Lvov vilayətinin Hərbi Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Mənbə yazır ki, Ukrayna hava hücumundan müdafiə (HHM) qüvvələri ölkə ərazisinə atılan raketlərin böyük qismini zərərsizləşdirə bilsə də, Lvovda bir neçə yaşayış binası vurulub.
Lvov vilayətinin Hərbi Administrasiyası raket hücumunun nəticələrini göstərib.
Raket hücumundan sonra beşmərtəbəli binada yanğın baş verib. Artıq xilasedicilər yanğını söndürüblər. Hadisə nəticəsində ümumilikdə 15 nəfər yaralanıb və xəsarət alanların arasında 10 yaşlı uşaq da var.
Bizim.Media