Dünya ulduzu “The Weeknd” karyerasını SONLANDIRIR - FOTO

Dünya ulduzu “The Weeknd” karyerasını SONLANDIRIR - FOTO

Hazırda oxunan: Dünya ulduzu “The Weeknd” karyerasını SONLANDIRIR - FOTO

150882

“The Weeknd” ləqəbi ilə dünya pop səhnəsində tanınan ulduz Abel Makkonen Tesfaye karyerasını sonlandırır. 

Bizim.Media xəbər verir ki, kanadalı müğənni və aktyor "W Magazine" nəşrinə verdiyi müsahibəsində onun kino və televiziyaya keçidinin musiqi karyerasının sonu hesab etdiyi dövrlə üst-üstə düşdüyünü irəli sürüb.  

“İndi mən katarsis (gərginliyin azaldılması) yolundan keçirəm. “Weeknd” fəslini bağlamağa hazır olduğum yerdə və zamandayam. Musiqi yaratmağa davam edəcəm, bəlkə Abel kimi, bəlkə də “The Weeknd” kimi. Amma yenə də “The Weeknd”i öldürmək istəyirəm. Mən bunu edəcəm. Mən bu dərini töküb yenidən doğulmağa çalışıram”. 
Pop ulduzun sözlərinə görə, o yeni musiqi üzərində işləyir və onun “”The Weeknd” kimi son sevincim” olacağına inanır. 

“The Weeknd”in növbəti layihəsi “Pink Floyd və Prince”dən ilhamlandığını söylədiyi “The Idol”un mahnısı olacaq. Keçən ay o, “Future” ilə “Double Fantasy” adlı ilk trekini buraxıb.






Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO