Azarkeş ölümünə görə 105 nəfər SAXLANILDI 

Azarkeş ölümünə görə 105 nəfər SAXLANILDI 

Hazırda oxunan: Azarkeş ölümünə görə 105 nəfər SAXLANILDI 

150798

Yunanıstanda məhkəmənin qərarına əsasən,  AEK - "Zaqreb" (Dinamo) matçı öncəsi iğtişaşlarda ittiham olunan 105 nəfər saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.  

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin oyunu ərəfəsində iki klubun azarkeşləri arasında dava olub. Dava zamanı Yunanıstan təmsilçisi 29 yaşlı azarkeşi Mixalis Katsouris bıçaq xəsarəti alaraq dünyasını dəyişib.

Avqustun 8-də Afinada keçirilməsi planlaşdırılan oyun avqustun 19-na təyin edilib. 

Qeyd olunur ki, saxlanılan şəxslər fanatın ölümündə iştiraklarını inkar edirlər. Prokurorluq 4-ü ağır, o cümlədən qəsdən adam öldürmə və cinayət təşkilatında iştirak kimi 11 cinayət üzrə ittiham irəli sürüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO