Avqustun 17-25-də Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyi keçiriləcək.
Bizim.Media xəbər verir ki, yarışda Azərbaycan milli komandası da qüvvəsini sınayacaq.
Yığmaya Boks Federasiyasının İdarə Heyətinin üzvü, aşağı yaş qrupu üzrə komandaların baş məşqçisi Rövşən Hüseynov rəhbərlik edəcək.
Avropa birinciliyində oğlanların yarışında rinqə Əli Camalzadə (40 kq), Şahin Mustafayev (42 kq), Bəhlul Əhmədli (44 kq), Məhəmməd Mehrəliyev (46 kq), Yusif Bəylərov (48 kq), Təşkilat Quliyev (50 kq), Şahin Aslanov (52 kq), Seydəmir Quliyev (54 kq), Toğrul Quliyev (57 kq), Əli Abdullayev (60 kq), Adil Zalov (63 kq), Nicat İmanov (66 kq), İsmayıl Vəliyev (70 kq), Hüseyn Abdullayev (80 kq) və Səfdər Məmmədzadə (90 kq) çıxacaqlar.
Komandanın məşqçilər heyətində Vüqar Məmmədov və Samir Məmmədov da yer alıblar.
Yadigar Məmmədov və İlkin Ağayevin rəhbərliyi altında isə Saraxanım Səmədov (38 kq), Aylin Nəzərov (46 kq), Fidan Bəkirova (51 kq), Mədinə Məmmədova (57 kq) və Səma Hüseynova (60 kq) döyüşəcəklər. Bu gün səfərə yollanan milli avqustun 26-da Bakıya qayıdacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
18:00 / 14.08.2023
Azərbaycan millisi Avropa birinciliyində iştirak EDƏCƏK
Hazırda oxunan: Azərbaycan millisi Avropa birinciliyində iştirak EDƏCƏK
Hazırda oxunan: Azərbaycan millisi Avropa birinciliyində iştirak EDƏCƏK
150792
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.