Xaricdə sürücülük vəsiqəsi alan ŞƏXSLƏR – Bu hallarda cərimə OLUNA BİLƏR

Xaricdə sürücülük vəsiqəsi alan ŞƏXSLƏR – Bu hallarda cərimə OLUNA BİLƏR

Hazırda oxunan: Xaricdə sürücülük vəsiqəsi alan ŞƏXSLƏR – Bu hallarda cərimə OLUNA BİLƏR

150772

Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqələri Avropa Konvensiyasina qoşulan bütün ölkələrdə tanınır. Həmçinin xarici ölkədə sürücülük vəsiqəsi alıb Azərbaycana gələnlər də az deyil.

Xaricdə alınan sürücülük vəsiqəsi problemlər yarada bilər. Bəs, xaricdə sürücülük vəsiqəsi alıb Azərbaycana gələn şəxslər nəyi bilməlidir?

“Yol Hərəkəti Haqqında” Qanunun 35.1-ci maddəsinə əsasən, Azərbaycan vətəndaşı xarici ölkənin sürücülük vəsiqəsini ölkəmizdə istifadə etmək istəsə, onda ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində həmin vəsiqəni ölkəmizin milli vəsiqəsinə dəyişdirməlidir.

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs isə Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün Miqrasiya Xidmətindən icazə aldıqdan sonra  ölkəmizdə avtomobil idarə etmək istəsə, xarici sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bizim milli vəsiqəyə dəyişdirməlidir. 

Qanunun bu tələbini pozan (yəni xarici vəsiqəsini milli vəsiqəyə dəyişməyən) şəxsin avtomobil idarə edərkən sürücülük hüququ olan sayılıb-sayılmaması mübahisəli idi. Konstitusiya Məhkəməsinin 19.05.2022-ci il tarixli qərarı ilə məsələyə tam aydınlıq gətirildi.

Qərara əsasən, belə şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan (yəni sürücülük hüququ olmayan) şəxs hesab edilir.

Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Aslan Əsədov Bizim.Media-ya bildirib ki imtiyazlı və yaxud imtiyazsız hər kəs Yol hərəkəti haqqında qanuna, o cümlədən bu sahədə Azərbaycan Respublikasının tərəfdaş çıxdığı konvensiyalara riayət etməlidir:

“Xaricdə sürücülük vəsiqəsi almış şəxslər deyiriksə, adətən digər ölkələrdə miqrant kimi yaşayan vətəndaşlardan söhbət gedə bilər. Yaxud xarici vətəndaşlar da burada nəzərdə tutula bilər. Hansı ki, onlar sürücülük vəsiqəsini başqa ölkədə alıb və Azərbaycana gəlirlər. Bir çox MDB ölkələrində, Gürcüstanda və Türkiyədə alınan sürücülük vəsiqələri ilə ölkəmizdə avtomobil idarə etmək mümkündür. 

Belə demək mümkündürsə, yaxın əlaqələrə malik olduğumuz və yaxın inteqrasiya olunmuş dövlətlərin vətəndaşları Azərbaycanda öz ölkələrinin sürücülük vəsiqəsilə nəqliyyat vasitələrini idarə edirlər”.

Röyanə Oğuz, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO