Meyxanaçı Rəşad Dağlının oğlu Yusif Əmirov atası ilə bağlı kövrək paylaşım edib.
Bizim.Media xəbər verir ki, Yusif valideyni ilə birgə çəkilən fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Söz xiridarının oğlu paylaşımına “Ata, sən həmişə mənim arxa dayağım oldun. İndi mən sənin görən gözün, danışan dilinəm” şərhini yazıb.
Xatırladaq ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da toy məclisindən çıxandan sonra qonşusu İsgəndər Mehdiyevlə telefonda mübahisə edib. O, söhbətə aydınlıq gətirmək üçün İsgəndərlə Lökbatan dairəsi yaxınlığında öz avtomobilində görüşüb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub.
Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ilə ittiham verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Əmirov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Rəşad Dağlının Yusifdən başqa Betül adında bir qızı da var.
Rəşad Əliyev, Bizim.Media