Serbiyalı mədənçilər qədim Roma gəmisini tapıblar. Onlar gəminin ilk izlərini iyul ayında aşkar ediblər. Tapıntı haqqında dərhal arxeoloqlara məlumat verilib, onlar qazıntılara başlayıb.
Gəminin dəqiq yaşı məlum deyil. Bununla belə, arxeoloq Miomir Koraç onun eramızın 3-4-cü əsrlərində tikilib istifadə verildiyini ehtimal edir.
Bizim.Media xatırladır ki, o dövrdə bu ərazidə, daha dəqiq desək, müasir Belqraddan təxminən 70 kilometr aralıda Romanın Viminasium şəhəri yerləşirmiş. Tapılan gəmi şəhəri Dunayla birləşdirən qolu boyunca üzürmüş.
Bizim.Media