Azərbaycan boksçuları MDB Oyunlarında 10 medal qazanıb

Azərbaycan boksçuları MDB Oyunlarında 10 medal qazanıb

Hazırda oxunan: Azərbaycan boksçuları MDB Oyunlarında 10 medal qazanıb

150585

Belarusda keçirilən II MDB Oyunlarında boks yarışlarına yekun vurulub.

Federasiyadan Bizim.Media-ya verilən məlumata görə, Azərbaycan millisi turniri 10 medalla başa vurub.

Komandamızın heyətində Aynur Mikayılova (54 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Ziya Həsənov (71 kq) və Fərhad Şeydayev (75 kq) gümüş mükafata sahib olublar.

Digər boksçularımızdan Ömər Aslanlı (54 kq), Aslan Quliyev (63,5 kq), Lalə Mədətova (48 kq), Aysu İsmayılova (50 kq), Nərmin Əlizadə (52 kq) və Qızbəs İsgəndər (60 kq) isə Oyunları bürünc medalla bitiriblər.

Yığmamız bu nəticə ilə komanda hesabında 5-ci yeri tutub.

Qeyd edək ki, boksçularımız Bakıya avqustun 14-də qayıdacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO