Tovuzda fəaliyyət göstərən kafelərdə nöqsanlar AŞKARLANDI - FOTO 

Tovuzda fəaliyyət göstərən kafelərdə nöqsanlar AŞKARLANDI - FOTO 

Hazırda oxunan: Tovuzda fəaliyyət göstərən kafelərdə nöqsanlar AŞKARLANDI - FOTO 

150319

Tovuzda fəaliyyət göstərən ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb. 

AQTA-dan Bizim.Media-ya verilən məlumata görə, Tovuz rayonu, Çatax kəndində fəaliyyət göstərən, fiziki şəxs Həsənov İmran Məhəmmədəli oğluna məxsus “Xarı Bülbül” ictimai iaşə müəssisəsində planlı yoxlama keçirilib. 

Baxış zamanı müəssisədə sanitar norma və qaydaların, eləcə də qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların bir sıra tələblərinin pozulduğu məlum olub. 

Belə ki, müəssisədə qida məhsullarının saxlanması zamanı temperatur rejimi və mal qonşuluğu qaydalarına riayət edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, işçilərin dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb. 

Nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO