“Pivəlik arpa emalı zavodu istehsalçıların xammala olan ehtiyacını tam ödəyəcək” - Mikayıl Cabbarov

“Pivəlik arpa emalı zavodu istehsalçıların xammala olan ehtiyacını tam ödəyəcək” - Mikayıl Cabbarov

Hazırda oxunan: “Pivəlik arpa emalı zavodu istehsalçıların xammala olan ehtiyacını tam ödəyəcək” - Mikayıl Cabbarov

150278

İmişli rayonunda İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC və "Azərsun Kənd Təsərrüfatı Məhsulları" MMC-nin birgə investisiyası ilə reallaşdırılacaq pivəlik arpa emalı zavodu layihəsi ölkədə qeyri-neft sektorunun inkişafına təkan verəcək layihələrdən biridir.

Bizim.Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında yazıb.

Nazir qeyd edib ki, investisiya dəyəri 25 milyon manat olan müəssisə Azərbaycanda fəaliyyət göstərən istehsalçıların xammala olan ehtiyacını tam ödəyəcək:

"Azərbaycanda rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının stimullaşdırılmasına, onun xammal bazasının yaxşılaşdırılmasına, idxalı əvəz edən yeni istehsal sahələrinin yaradılmasına və ixrac imkanlarının genişləndirilməsinə dövlət dəstəyi tədbirləri davam edir".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO