Sentyabrda kirayə mənzil qiymətləri KƏSKİN BAHALAŞACAQ

Sentyabrda kirayə mənzil qiymətləri KƏSKİN BAHALAŞACAQ

Hazırda oxunan: Sentyabrda kirayə mənzil qiymətləri KƏSKİN BAHALAŞACAQ

150266

“İyul ayının yekunlarına əsasən, Bakı şəhəri üzrə kirayə mənzil bazarında qiymətlər stabil qalıb və orta aylıq qiymət 843 manat təşkil edib”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında NBA Konsaltinq şirkətinin rəhbəri, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimli deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Son on ildə mənzil qiymətləri 2 dəfə ARTIB – Bahalaşma DAVAM EDƏCƏK


Müsahibimiz, hər ilin avqust ayının sonu və sentyabr ayının əvvəlində kirayə qiymətlərində baş verən bahalaşmanı tələbələrin paytaxta axını ilə bağlı olduğunu diqqətə çatdırıb:

“Ötən ilin avqust ayında 6,22 faiz, sentyabr ayında isə 9,74 faiz bahalaşma olmuşdu ki, bu da əvvəlki illərə nisbətən yüksəkdir. Çünki, ötən il ərzində daşınmaz əmlak bazarının bütün sektorlarında bahalaşma böyük sıçrayışla baş verirdi. Ancaq bu il nisbi sabitlik müşahidə olunur”. 

Ekspertin sözlərinə görə, bu ilin avqust-sentyabr aylarında da 8-9 faiz ətrafında qiymət artımı proqnozlaşdırılır:

“Əgər otaqlar üzrə bölgü aparsaq, ən çox bahalaşma 1 otaqlı mənzillərdə baş verib. Ötən ilin eyni dövrü ilə müqayisə etsək, 1 otaqlı mənzillərə tələb çox olduğu üçün  41 faiz, 2-3 otaqlılarda isə tələb nisbətən az olduğuna görə 10 faiz artım baş verib”. 

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO