“Prezident İlham Əliyevlə vacib fikir mübadiləsi apardıq. Bakıya XİN rəhbəri olaraq ilk dəfədir ki, gəlmişəm. Amma əvvəl Azərbaycanda olmuşam. 20-21 il öncə bura gəldikdən sonra Bakıdakı fərqi görmək, yeniliklərin şahidi olmaq xoşdur”.
Bizim.Media xəbər verir ki, bu sözləri Slovakiyanın xarici və Avropa işlər naziri İvan Korçok Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında söyləyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan və Slovakiya XİN başçılarının birgə mətbuat konfransı keçirilir - CANLI
Ölkələr arasında münasibətlərin daha da yaxşılaşdırılmasından danışan nazir bildirib ki, “Azərbaycan və Slovakiya arasındakı 4 saatlıq uçuş məsafəsi əlaqələrin inkişaf etdirilməsinə maneə deyil”.
Bizim.Media