"Neftçi" Konfrans Liqasında "Beşiktaş"ı qəbul edəcək

Hazırda oxunan: "Neftçi" Konfrans Liqasında "Beşiktaş"ı qəbul edəcək

150208

"Sabah" və "Neftçi" klubları bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyunlarını keçirəcəklər.

Bizim.Media xəbər verir ki, Murad Musayevin baş məşqçi olduğu komanda Bakıda Serbiya "Partizan"ı ilə qarşılaşacaq. "Bank Respublika Arena"dakı qarşılaşma saat 20:00-da start götürəcək. Matçı gürcüstanlı FIFA referisi Giorgi Kruaşvili idarə edəcək.

"Ağ-qaralar" isə bu raundun ilk duelində Türkiyə nəhəngi "Beşiktaş"ı sınağa çəkəcək. "Neftçi Arena"da oynanılacaq görüşün start fiti saat 21:00-da veriləcək. Qarşılaşmanı isveçrəli baş hakim Lukas Fandrix idarə edəcək.
UEFA Konfrans Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

10 avqust

20:00. "Sabah" (Azərbaycan) - "Partizan" (Serbiya)

Baş hakim: Giorgi Kruaşvili (Gürcüstan)

"Bank Respublika Arena"

21:00. "Neftçi" (Azərbaycan) - "Beşiktaş" (Türkiyə)

Baş hakim: Lukas Fandrix (İsveçrə)

"Neftçi Arena"

Qeyd edək ki, III təsnifat mərhələsinin cavab oyunları avqustun 17-də baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO