“Dünən parklanma haqda yeni sistem tətbiq olunur, bu gün səhərdən yollara tökülüşüblər” — Deputatdan ETİRAZ 

“Dünən parklanma haqda yeni sistem tətbiq olunur, bu gün səhərdən yollara tökülüşüblər” — Deputatdan ETİRAZ 

Hazırda oxunan: “Dünən parklanma haqda yeni sistem tətbiq olunur, bu gün səhərdən yollara tökülüşüblər” — Deputatdan ETİRAZ 

150186

Məlum olduğu kimi artıq Bakı şəhərinin bəzi yerlərində avtomobillərin parklanması üçün ödəniş onlayn qaydada həyata keçirilir. Lakin yeni sistemin tətbiqinin ilk günündən problemlər ortaya çıxdı.

Sosial şəbəkələrdə yayılan videogörüntülərdə qanunsuz parklama pulu alan şəxslər - “parkovşik”lərin bir neçə yerdə “AZPARKİNQ” əməkdaşlarına hücum edərək onları döydüyü əks olunub.  

Hüquqi dövlətdə yaşasaq da, cəmiyyətdə bəzi insanların qanunlara qarşı laqeyd münasibətinin, saymazlığının tez-tez şahidi oluruq.  

İnsanlarımızda qanuna qarşı etinasızlıq nədən qaynaqlanır?


Bizim.Media xəbər verir ki, problemlə bağlı Demokrat.az-a açıqlamasında fikirlərini bölüşən Milli Məclisin deputatı Aqil Abbas hesab edir ki, qanuna hörmətsizliyin səbəbi məsuliyyətsizlikdən qaynaqlanır:

“İkincisi də ki, yeni qanun qüvvəyə minəndən sonra bir qədər vaxt keçməlidir. Bu gün qanun qüvvəyə minir, mənim bundan xəbərim yoxdur, saxlayıram, gəlir. Məlum olur ki, onun da xəbəri yoxdur. 15-20 gün vaxt lazımdır ki, insanlar yeniliyə öyrəşsin.  
Məsələn, yol nəqliyyat qaydalarında belə bir şey var ki, nişan dəyişiləndə 10-15 gün əhəmiyyət daşımır, çünki insanlar öyrəşməlidir. Dünən parklanma haqda yeni sistem tətbiq olunur, bu gün səhərdən yollara tökülüşüblər. Belə olmaz”.   

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO