Murad Musayev təsdiqlədi: “Mikels “Sabah”dan gedir”

Murad Musayev təsdiqlədi: “Mikels “Sabah”dan gedir”

Hazırda oxunan: Murad Musayev təsdiqlədi: “Mikels “Sabah”dan gedir”

150175

“Sabah”ın baş məşqçisi Murad Musayev Bakıda Serbiya “Partizan”ına qarşı keçirəcəkləri Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunundan öncə fikirlərini bölüşüb.

Bizim.Media xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Komandamızı çox çətin və maraqlı oyun gözləyir. Çalışacağıq ki, maksimum gücümüzü ortaya qoyaq. Bu cür matçlar üçün ailəmizdən kənarda qalırıq. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik. Güclü olan qazansın”.  

“Partizan”ın mənfi və müsbət cəhətlərindən söz açan Musayev rəqibin hücum xəttini xüsusi vurğulayıb:

“Güclü tərəflərindən biri sürətli hücuma keçməsidir. Fərdi olaraq yaxşı çıxış edirlər. Bir-birilərini gözəl başa düşürlər. Zəif cəhətləri haqqında danışmaq düzgün olmazdı”.  

Təcrübəli baş məşqçi bu yay “Neftçi”ni Belqrad təmsilçisinə dəyişən Mateus Saldanyanın yeni komandasına yaxşı uyğunlaşdığını söyləyib:

“Qollar vurur. Onu tanıyırıq. Amma “Partizan” bir oyunçudan ibarət deyil”.  

Musayev deyib ki, “Sabah” komanda işi, aqressiv oyun və özünə inam sayəsində mərhələni keçə bilər:

“Ehtiyatlı olmalıyıq, “Partizan”ın gücünü bilirik. Lakin özümüzə ianırıq”.  

Baş məşqçi sərfəli təklif aldığı üçün komandadan ayrılmağa hazırlaşan Coy Lens Mikels barədə də danışıb:

“Mikels sabah oynamaq istəmir, getməyi düşünür. Mövsümün əvvəlində belə halların olması çox pisdir. Bunlar mövsümün ortasında olsaydı, nələrsə edə bilərdik. Şayiələri müzakirə etmək istəmirəm.

Hadisələrə müsbət təsir etməyə çalışdım, amma maliyyə məsələləri mənim səlahiyyətimdə deyil. Müqaviləsində bənd var ki, müəyyən məbləğ qarşılığında sərbəst qala bilər. Lakin hələ bu məbləğ hesaba köçməyib. Bütün diqqətim “Partizan”la oyundadır”.  
Sabah “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Partizan” oyununa saat 20:00-da start veriləcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO