Gözəlliyin qurbanına ÇEVRİLƏNLƏR – Bədən şəkilləndirmə əməliyyatının QORXUNC FƏSADLARI

Gözəlliyin qurbanına ÇEVRİLƏNLƏR – Bədən şəkilləndirmə əməliyyatının QORXUNC FƏSADLARI

Hazırda oxunan: Gözəlliyin qurbanına ÇEVRİLƏNLƏR – Bədən şəkilləndirmə əməliyyatının QORXUNC FƏSADLARI

150135

Son dövrlərdə bütün dünyada plastik əməliyyatlara maraq xeyli artıb. Lakin dəb halını almış belə əməliyyatlar dünyada minlərlə insanın sağlamlığına ziyan verib.

Son illərdə Azərbaycanda da plastik əməliyyatlar xüsusən də bədənşəkilləndirmə, digər adı ilə liposaksiya əməliyyatına müraciət edənlərin sayında böyük artım var. Lakin onun fəsadları barədə çox insan məlumatsızdır.

Liposaksiyadan sonra fəsadların  bəziləri zərərsizdir və müalicə olmadan yox olur, digərləri isə pasiyentlərin sağlamlığı və hətta həyatı üçün təhlükə yarada bilər. 

Bəs liposaksiyadan sonra fəsadların qarşısını necə almaq olar?

Plastik cərrah Abduləli Əliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, bütün müayinələr hər hansı fəsadlaşma, ağırlaşma riskini azaldır ancaq heç bir halda onu sıfıra endirə bilməz:
 

MÖVZU İLƏ BAĞLI:

“Gənc qızlar trendə qoşulmaq üçün estetik əməliyyata girirlər” – Qalmaqallı AÇIQLAMA


“Bütün əməliyyatlardan sonra fəsadlaşma ehtimalı var. Bu fəsadlar liposaksiya əməliyyatında da ola bilər. Yəni bunları 2 qrupa ayırmaq da olar. Ümumi ağırlaşmalar hansı ki, bütün cərrahi müdaxilələrdə rast gəlinən ağırlaşmalardır. Bu cür ağırlaşmaların yaranın gec sağalması, irinləməsi, qanaxmalar, trambleya riskləri və s. formaları var. 

Bədən şəkilləndirməyə aid olan əlavə məqam abdomiplastikada da bəzən rast gələn piy embliyasıdır ki, bu da hər hansı piy hissəciklərinin damar daxilinə nüfuz etməsidir. Birbaşa müdaxilə zamanı olan məqamdır. Bunların qarşısını almağın da yolları var”.

Həkim vurğulayıb ki əməliyyatın uğursuzluq riskini azaltmaq üçün pasiyent müayinədən dəqiqliklə keçməlidir:

“Tramenbeliya ehtimalını azaltmaq üçün aşağı ətraf bel nahiyə də dopler müayinədən keçməlidir. Qan-damar sistemi müayinə olunmalıdır. Qarın nahiyədə hər hansı patalogiyanın olub-olmaması yoxlanılmalıdır. Çünki insan müayinə edilib, qan-damar sistemi normal olsa da, əməliyyatdan sonra tramenbeliya riski yenə də var. 

Bu birbaşa qanın realoji xüsusiyyətləri ilə və əməliyyat müddəti ilə bağlı olan faktorlardır. Yəni biz dəqiqləşdirilmiş və əlavə müayinə metodları ilə bu ehtimalı yalnız azalda bilirik. Cərrahi müdaxilənin növünə gəldikdə təbii ki icra olunan və lipofiling ilə məşğul olan mütəxəssislər həmin zonanın anatomik xüsusiyyətlərini nəzərə alırlar.

Buna görə magistral damarlarla ehtiyatlı olmaq lazımdır. Çünki böyükhəcmli  damarlara yaxın işlədikdə bu piy embliyaları olma ehtimalı daha artıqdır. Mümkün qədər az travmatik metod seçməklə uğursuz əməliyyat riskini azaltmaq mümkündür”.
Həkimin sözlərinə görə bədənşəkilləndirmə əməliyyatının qalıcı nəticə verməsi üçün reabilitasiya prosesində mümkün qədər əməl etmək vacibdir.

Röyanə Oğuz, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO