Şəkidə zəncirvari qəza zamanı üç nəfər xəsarət alıb

Şəkidə zəncirvari qəza zamanı üç nəfər xəsarət alıb

Hazırda oxunan: Şəkidə zəncirvari qəza zamanı üç nəfər xəsarət alıb

150051

Şəkidə üç minik avtomobilinin iştirakı ilə zəncirvari yol qəzası olub, xəsarət alanlar var. 

Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Şəki rayonu Oraban kəndi ərazisindən keçən hissəsində baş verib. 

Hərəkədə olan “Mercedes”, “KIA” və “Cherry” markalı avtomobillər toqquşub. 

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri və Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım Xidmətinin həkim briqadası cəlb edilib. 

Qəza zamanı 1965-ci il təvəllüdlü Tahirə Ataş qızı Atakişiyeva, 1969-cu il təvəllüdlü Sevinc Zakir qızı Sərdarlı və 1993-cü il təvəllüdlü Nərmin Bakir qızı Yusifova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 
Hər üç şəxs Şəki RMX-a yerləşdiriliblər. Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO