SON DƏQİQƏ: Laçında itkin düşmüş şəhidimizin 31 il sonra cəsədi tapıldı - FOTO

SON DƏQİQƏ: Laçında itkin düşmüş şəhidimizin 31 il sonra cəsədi tapıldı - FOTO

Hazırda oxunan: SON DƏQİQƏ: Laçında itkin düşmüş şəhidimizin 31 il sonra cəsədi tapıldı - FOTO

149974

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəhid Həsənov Rəhman Əhliman oğlunun cəsədi 31 ildən sonra tapılıb. 

Bizim.Media “Demokrat.az”-a istinadən xəbər verir ki, Rəhman Həsənovun cəsədi 1992-ci ildə döyüşərək şəhid olduğu Laçının Suarası kəndində aşkarlanıb.

Eksqumasiya edildikdən sonra cəsədin şəhid Həsənov Rəhman Əhliman oğluna aid olduğu müəyyən edilib.

Xatırladaq ki, Həsənov Rəhman Əhliman oğlu 1972-ci ildə Laçın rayonunun Suarası kəndində anadan olub.

1990-cı ildə hərbi xidmətə çağırılıb. Laçında Qayğı qəsəbəsində hərbi xidmətdə olub, qranatamyotçu olub, orada gedən döyüşlərdə iştirak edib. 

1992-ci ildə Suarası kəndində Susuz dağında gedən döyüşlərdə 2 erməni postunu partladıb, 10 nəfərdən çox erməni döyüşçüsünü məhv edib. 

1992-ci il sentyabr ayının 10-da Suarası kəndində Susuzdağ və Qızartı dağlarında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO