Həftə sonunadək temperatur 44 dərəcəyə YÜKSƏLƏCƏK 

Həftə sonunadək temperatur 44 dərəcəyə YÜKSƏLƏCƏK 

Hazırda oxunan: Həftə sonunadək temperatur 44 dərəcəyə YÜKSƏLƏCƏK 

149969

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib. 

Bizim.Media xəbər verir ki, nazirliyin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, hazırda ölkə ərazisində isti hava şəraiti müşahidə olunur: 

"Əksər rayonlarda hava yağmursuz olsa da, lakin bəzi dağlıq ərazilərdə - Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin bəzi yerlərində qısa müddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur.
Cənubdan hərəkət edən isti hava kütlənin ölkə ərazisində təsiri nəticəsində havanın maksimal temperaturu həftəsonunadək Bakı və Abşeron yarımadasında 37-40, bölgələrdə 36-41, Naxçıvan Muxtar Respublikasının və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 42-44 dərəcəyədək yüksələcəyi gözlənilir". 

O bildirib ki, durğun və rütubətli hava şəraiti günün bəzi saatlarında bürkü yarada bilər: 

"Bu, əhali üçün əlverişsizdir. İsti hava şəraitində əhalinin bol maye qəbul etməsi məsləhət görülür. Uzun müddət açıq havada günəş şüaları altında qalmaq tövsiyə olunmur". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO