Ombudsmandan BMT məruzəçilərinin Laçın yolu ilə bağlı bəyanatına REAKSİYA 

Ombudsmandan BMT məruzəçilərinin Laçın yolu ilə bağlı bəyanatına REAKSİYA 

Hazırda oxunan: Ombudsmandan BMT məruzəçilərinin Laçın yolu ilə bağlı bəyanatına REAKSİYA 

149961

 “Məlum olduğu kimi, insan hüquq və azadlıqlarının bəyan edildiyi təməl sənədlərindən biri olan Ümumdünya İnsan Hüquqları Bəyannaməsi özündə irqindən, cinsindən, dilindən, dinindən, mənşəyindən və siyasi əqidəsindən asılı olmayaraq, bütün insanların bərabərliyinin təmini və ayrı-seçkiliyin qadağan olunması prinsiplərini ehtiva edir”. 

Bizim.Media xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçilərinin və müstəqil ekspertinin Xankəndi-Laçın yolundakı vəziyyətlə bağlı yayılmış bəyanatına Ombudsmanın şərhində qeyd edilib. 

"Hesab edirik ki, bu sənəd BMT-yə üzv dövlətlərlə yanaşı, BMT-nin insan hüquq müdafiə mexanizmi sisteminə aid olan qurumların da əsas istinad mənbəyi olmalıdır. 

Lakin 30 il ərzində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına, bir milyondan çox qaçqın və keçmiş məcburi köçkün insanların fundamental hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına, etnik təmizləmə, genosid və digər müharibə cinayətlərinə, itkin düşmüş dörd minə yaxın azərbaycanlının taleyinə, Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra keçmiş məcburi köçkünlərin öz doğma evlərinə geri qayıtmasına ciddi maneə olan mina terroruna hər hansı bir reaksiya verməyən, susqunluq nümayiş etdirən və ya bilərəkdən göz yuman BMT-nin xüsusi məruzəçilərinin və ekspertlərinin qərəzli siyasi məqsədlərə xidmət edən və həqiqəti əks etdirməyən bəyanatlar verməsi ilk olaraq BMT tərəfindən müəyyən edilmiş norma və prinsiplərin heçə sayılması və ikili standartlar kimi qiymətləndirilməlidir.

Bununla bağlı beynəlxalq və regional insan hüquq müdafiə təşkilatlarına ünvanladığımız bəyanatlara əlavə olaraq, bir daha diqqətə çatdırmaq istərdik ki, Xankəndi-Laçın yolunda humanitar məqsədlərlə nəqliyyat vasitələrinin və Qarabağda yaşayan erməni əsilli sakinlərin keçidinə heç bir maneə yoxdur və Azərbaycan “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həmin yolda təhlükəsiz keçidi təmin etməkdədir. 
Bu gün Azərbaycan öz vətəndaşlarının hüquq və azadlıqlarının, təhlükəsizliyinin təmin edilməsi məqsədilə BMT tərəfindən tanınmış suveren ərazisində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi təsis edib.

Eyni zamanda, Beynəlxalq Ədalət Məhkəməsi də özünün müvafiq qərarında bu addımın legitimliyini tanıyıb", - məlumatda deyilir. 

"BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçilərini və müstəqil ekspertini bir daha öz fəaliyyətlərini BMT tərəfindən müəyyən edilmiş prinsiplərə uyğun həyata keçirməyə, ikili standandartlara yol verməməyə, regionda sülh quruculuğu prosesinə maneə törədən və vəziyyətin gərginləşməsinə şərait yaradan bəyanatlar verməkdən çəkinməyə, bölgədə davamlı olaraq təxribatlar törədən Ermənistana qarşı təsirli tədbirlər görməyə, Azərbaycanın sülh və təhlükəsizliyin təmin edilməsi üçün sərgilədiyi səylərə dəstək verməyə çağırırıq",- deyə bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO